"Napoli"dən növbəti transfer FOTO

19:15 - 6 Yanvar 2015

Qabbyadini Neapolda

 

İtaliyanın "Napoli" klubu heyətini gücləndirməkdə davam edir.

Sportal.az klubun saytına istinadən xəbər verir ki, İtaliya təmsilçisi "Sampdoriya"dan Manolo Qabbyadinini transfer edib. Komanda hücumçu ilə 2018/2019 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm oynadığı 15 matçda 9 qol vurub.

Xəbər xətti