Paytaxt təmsilçisi qonşu ölkədə yoxlama oyunu keçirəcək
Premyer Liqa təmsilçilərindən olan AZAL Gürcüstanda səfər edəcək.
Sportal.az xəbər verir ki, Tərlan Əhmədovun başçılığı altında “təyyarəçilər” qonşu ölkəyə yanvarın 23-də yollanacaq.
İki günlük səfərdə məqsəd Gürcüstan klublarından biri ilə yoxlama oyunu keçirməkdi. Bir gün sonra baş tutacaq görüşdə rəqibin kim olacağı hələ bəlli deyil. Tiflisdə məskunlaşacaq AZAL-ın paytaxt təmsilçilərindən biri ilə üz-üzə gələcək.
Qeyd edək ki, AZAL qış fasiləsində Adil Nağıyev, Təmkin Xəlilzadə, Asif Mirili, Tural Nərimanov, Tomi Kostadinov, Luis Ramos, Orxan Səfiyaroğlu və Con Kordoba ilə yolları ayırdığı halda, komandaya hələ heç kim transfer edilməyib.
saytlarin hazirlanmasi