"Sumqayıt" "Neftçala" və "Şuşa"ya qarşı

00:30 - 7 Yanvar 2015

Əvəzediçilər məşqlərə başladı 
 
Azərbaycan Premyer Liqasında mübarizə aparan klublarda olduğu kimi əvəzedici komandalarda da istirahəti başa çatıb.
 
Sportal.az xəbər verir ki, Samir Abasovun başçılıq etdiyi "Sumqayıt" klubunun əvəzedici komandası yanvarın 3-dən etibarən "Kapital Bank Arena"da hazırlığa start verib. Əvəzedici komandada əsas məqsəd kollektivi komplekləşdirməkdir. Bu səbəbdən komandada seleksiya işləri davam edir.
 
Hazırda klubun akademiyasından bir neçə futbolçu məşqlərə dəvət edilib. Bu ərəfədə əvəzedicilər 3-4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Artıq yoxlama oyunları üçün rəqiblərdə müəyyənləşib.  “Sumqayıt” komandası "Qarabağ"ın əvəzediciləri, 1-ci divizion təmsilçiləri "Neftçala" və "Şuşa" ilə üz-üzə gələcək.

Xəbər xətti