Rusiya Koreyaya qarşı
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirin finalçıları bəlli olub.
Sportal.az xəbər verir ki, 19 yaşadək yığma komandalar arasında keçirilən yarışın final qarşılaşmasında Rusiya və Cənubi Koreya komandaları üz-üzə gələcək.
Rusiya Belarusu 6:0, Koreya isə “Zenit”i (19 yaşadək) 1:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra həlledici oyuna vəsiqə qazanıblar. Final qarşılaşması yanvarın 11-də baş tutacaq.
Qeyd edək ki, Azərbaycanın U-19 millisi həmin gün 5-6-cı yerlər uğrunda matçda Belarusla qarşılaşacaq.