"Xəzər Lənkəran" aşağı liqa təmsilçisi ilə bacarmadı

18:55 - 10 Yanvar 2015

Komanda "Tekirdağspor"la heç-heçə etdi

 

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" klubu bu gün ilk matçına çıxıb.

Sportal.az xəbər verir ki, komanda Türkiyənin aşağı liqa təmsilçisi "Tekirdağspor"la üz-üzə gəlib.


Bu qarşılaşmada qalib müəyyənləşməyib. Görüş 2:2 hesabı ilə başa çatıb.


Qeyd edək ki, bu matç "Xəzər Lənkəran"ın yeni baş məşqçisi Elbrus Məmmədovun ilk sınağı olub.
 

Yoxlama oyunu

"Xəzər Lənkəran" (Azərbaycan) - "Tekirdağspor" (Türkiyə) - 2:2
Qollar:
Ağabala Ramazanov, 9, Rahid Əmirquliyev, 89.pen -  Tayfun Vurğun, 59, Volkan Sel, 65

Xəbər xətti