Yoldaşlıq görüşləri diqqət mərkəzində
Azərbaycan milli komandasının məşqçilər korpusunun üzvləri Azərbaycan Premyer Liqası klublarının hazırlıq prosesini izləmək məqsədilə Türkiyənin Antalya şəhərində səfərdədir.
Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, Draqan Spasiç və Elxan Abdullayev “Simurq” klubunun məşqini və “Xəzər Lənkəran” – “Tekirdağspor” yoxlama oyununu, Qordan Tsipriç, Mahmud Qurbanov və Faiq Əzizov isə “Qəbələ” – PSV-2 qarşılaşmasını izləyiblər. “Simurq” klubunun daha bir məşqində isə Mahmud Qurbanov və Faiq Əzizov olub.