“Yuventus” da heyətinə erməni futbolçu qatmaq istəyir

13:40 - 13 Yanvar 2015

Mxitaryan A Seriyada?

 

“Borussiyya”nın yarımmüdafiəçisi Henrix Mxitaryan karyerasını İtaliyada davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə “Yuventus” yaxından maraqlanır və onun Turin klubu ilə müqaviləyə imza atacağı gözlənilir.

 

Qeyd edək ki, yarımmüdafiəçinin özünün də İtaliyada oynamağa müsbət baxdığı bildirilir.

Xəbər xətti