Müdafiəçi komandadan ayrılmağı düşünür
“Real”ın müdafiəçisi Arvalo Arbeloa karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 31 yaşlı ispaniyalı futbolçu ilə “Liverpul” klubu yaxından maraqlanır. Qış transfer pəncərəsində bu keçidin baş tutacağı gözlənilir.
Qeyd edək ki, Arbeloa 2007-2009-cu illərdə də “Liverpul”un şərəfini qoruyub.
saytlarin hazirlanmasi