“Qalatasaray” və “Fənərbaxça”nın gündəmində olan Syani “Ştutqart”a keçə bilər

15:35 - 13 Yanvar 2015

Müdafiəçi Bundesliqada?

 

“Latsio”nun fransalı müdafiəçisi Mikael Syani karyerasını Almaniyada davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 2015-ci ilin iyun ayında “Latsio” ilə müqaviləsi sona çatan Syani komandadan ayrılmağı düşünür. Futbolçunun “Ştutqart”a keçəcəyi daha yaxındır.

 

Qeyd edək ki, 30 yaşlı müdafiəçi ilə “Tuluza”, “Olimpiakos”, “Qalatasaray” və “Fənərbaxça” klubları da yaxından maraqlanır.

Xəbər xətti