"Fənərbaxça"ya maraqlı təklif

16:20 - 13 Yanvar 2015

Dieqo Ribas üçün 6 aylıq təklif göndərilib

 

"Fənərbaxça"ya sezonun əvvəlində transfer olan, lakin ondan gözlənilən oyunu göstərə bilməyən Dieqo Ribas üçün maraqlı təklif gəlib.
 
Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "Əl Sədd" Dieqo üçün "Fənərbaxça"ya 3 milyon 250 min avroluq təklif göndərib.
 
Qətər klubu futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir. İsmayıl Qartal Dieqonun gedişinə müsbət rəy bildirsə də, Aziz Yıldırım transferə mane olub.

Xəbər xətti