Ədalət təmsilçilərimiz “Simurq” – “Şaxtyor” matçını idarə etdilər
Azərbaycan Premyer Liqasının oyunlarını idarə edən hakim və hakim-köməkçiləri 2014/15 mövsümünün ikinci yarısına hazırlıqlara start verib.
Sportal.az xəbər verir ki, Türkiyəyə yollanan ədalət təmsilçiləri Antalyada təlim-məşq toplanışına başlayıblar.
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun rəhbərliyi altında hazırlıq keçən 38 hakimdən 18-i referi, 20-si laysmandı. Qardaş ölkədə bir sıra yoxlama oyunlarını idarə edəcək həmyerlilərimiz artıq ilk qarşılaşmaya da çıxıblar.
Belə ki, azərbaycanlı hakimlər 2015-ci ilin ilk təyinatını alıblar. Fariz Yusifovun başçılıq etdiyi briqada Azərbaycan Premyer Liqasında mübarizə aparan “Simurq”un Qazaxıstan “Şaxtyor”u ilə oyununu idarə edib. Azər Əsgərov və İsgəndər Əliyevin də təyinat aldığı qarşılaşmada zaqatalılar rəqibinə 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, hakimlərin toplanışı yanvarın 27-dək davam edəcək.
saytlarin hazirlanmasi