"Xəzər Lənkəran" Almaniya klubuna qarşı

00:45 - 14 Yanvar 2015

Cənub təmsilçisi “Kemnitser”i sınağa çəkir

Antalyada toplanışını davam etdirən “Xəzər Lənkəran” növbəti yoxlama matçına çıxacaq.
 
Sportal.az  xəbər verir ki, “ağ-yaşıllar”ın qardş ölkədəki rəqibi Almaniyanın “Kemnitser” klubu olacaq. İlk yoldaşlıq oyununda “Tekirdağspor”la qarşılaşmadan bərabərliklə (2:2) ayrılan cənublular bu dəfə III Bundesliqa təmsilçisiylə üz-üzə gələcək.
 
Heyətinə ciddi əl gəzdirən, mövsümün ikinci yarısında gənclərə üstünlük verəcək “Xəzər Lənkəran”ın “Kemnitser”lə oyunu “İC Santai” otelinə məxsus stadionda baş tutacaq. Bakı vaxtı ilə saat 16:30-da başlayacaq qarşılaşmanı Türkiyə Futbol Federasiyasının hakimləri idarə edəcək.
 
Qeyd edək ki, Almaniya III liqasında mübarizə aparan “Kemnitser” hazırda 28 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
 
 
Yoxlama oyunu
 
14 yanvar
 
16:30.“Xəzər Lənkəran” (AZƏRBAYCAN) - “Kemnitser” (Almaniya)  

Xəbər xətti