FİFA təlimatçısı hakimlərin Antalya toplanışında

11:40 - 14 Yanvar 2015

Müşahidə edib, məsləhətlərini verəcək

 

FİFA təlimatçısı Aleksey Spirin azərbaycanlı hakimlərin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında iştirak edəcək.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.

 

Məmmədov bildirib ki, FİFA təlimatçısı yanvarın 21-dən 26-dək hakimlərimizin hazırlığını müşahidə edib, məsləhətlərini verəcək.

Xəbər xətti