Millimizin məşqçiləri daha 2 oyunu izlədilər

12:25 - 14 Yanvar 2015

Abdullayev Qurbanovdan ayrı düşdü

 

Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan klublarının və yığma komandaların hazırlıq prosesini yaxından izləmək məqsədilə Antalya şəhərində səfərdə olan millimizin məşqçiləri daha 2 oyunu canlı izləyiblər.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Robert Prosineçkinin köməkçilərindən Elxan Abdullayev, Draqan Spasiç, Qordan Tsipriç və Faiq Əzizov, həmçinin U-21 yığmamızın baş məşqçisi Yaşar Vahabzadə ilə köməkçisi Babək Alxasov “İnter”  - “Energi” (Almaniya) yoxlama görüşünə baxıblar.

 

Mahmud Qurbanov, Yanko Yankoviç, Faiq Əzizov, Yaşar Vahabzadə və Babək Alxasov isə “Simurq” – “Şaxtyor” (Qazaxıstan) oyununu izləyiblər.

Xəbər xətti