"Arsenal" Brozoviç üçün 9 milyon avro təklif edir

13:05 - 14 Yanvar 2015

Yarımmüdafiəçi Premyer Liqada?

 

Zaqreb "Dinamo"sunun yarımmüdafiəçisi Marselo Brozoviç karyerasını İngiltərədə davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 22 yaşlı xorvatiyalı futbolçu üçün "Arsenal" 7-9 milyon avro təklif göndərib.

 

Qeyd edək ki, Brozoviç bu mövsüm çıxdığı 13 matçda 1 qol ilə yadda qalıb.

Xəbər xətti