"Qalatasaray" Sərdar Taşçıdan əl çəkmir, icarə əsasında olsa belə komandaya gələcək

13:55 - 14 Yanvar 2015

Müdafiəçi Superliqada?

 

Moskva "Spartak"ının müdafiəçisi Serdar Taşçı karyerasını Türkiyədə davam etdirə bilər.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mövsüm arası Antalyaya gələcək "Spartak" klubunun rəsmiləri ilə "Qalatasaray" yenidən danışıqlar apararaq müdafiəçinin icarə əsasında olsa belə transferini reallaşdırmaq niyyətindədir.

 

Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm "Spartak"ın heyətində çıxdığı 12 matçda 1 qol və 1 asistlə yadda qalıb.

Xəbər xətti