Hücumçu rəsmən "Mançester Siti"də FOTO

17:50 - 14 Yanvar 2015

Boni İngiltərə təmsilçisində

 

İngiltərənin "Mançester Siti" klubu "Suonsi"nin futbolçusunu rəsmən heyətinə qatıb.

Sportal.az xəbər verir ki, komanda Vilfrid Boni transferini yekunlaşdırıb.

Mançester təmsilçisi futbolçuya görə 30 milyan avro ödəyib. Fil Dişi Sahili yığmasının heyətində Afrika Millətlər kubokunda iştirak edəcək Boni turnirdən sonra İngiltərəyə qayıdaraq komandaya qoşulacaq.

Qeyd edək ki, 2013-cü ildən "Suonsi"də çıxış edən Boni Premyer Liqada vurduğu 20 qolla 2014-cü ilin ən məhsuldar futbolçusu seçilib.

Xəbər xətti