Təlim-məşq toplanışı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" hazırlığını davam etdirir.
Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, "Metallurq"la yoxlama görüşündən sonra 1 gün istirahət edən təmsilçimiz bugün məşqlərini bərpa edib.
Günün ilk məşqini dəniz kənarında reallaşdıran baş məşqçi Elbrus Məmmədov günün ikinci hazırlığını meydançada təşkil edəcək.