"Xəzər Lənkəran"nın mərkəz müdafiəçisi zədəlidir

18:00 - 19 Yanvar 2015

Rasim Ramaldanov komandadan kənarda qaldı

 

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" bu gün növbəti məşqini keçirib.

Sportal.az xəbər verir ki, komandanın mərkəz müdafiəçisi Rasim Ramaldanov məşqdə iştirak etməyib.

 

Futbolçu zədəli olduğuna görə komandadan kənarda qalıb. Hazırda Bakıda müalicə alan oyunçunun düşərgəyə nə vaxt qoşulacağı bəlli deyil.

Xəbər xətti