Yoxlama matçı
AZAL qış hazırlıq planı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, komanda yenə “Sumqayıt”la qarşılaşıb. Bu dəfə “AZAL Arena”da baş tutan görüşdə AZAL minimal hesabla qalib gəlib - 1:0.
Xatırladaq ki, Bakı klubu bundan əvvəlki yoxlama matçlarında “Qaradağ Lökbatan” (2:2) və “Sumqayıt”la (0:0) heç-heçə edib.
Qeyd edək ki, AZAL növbəti matçını yanvarın 22-də “Bakı”ya qarşı keçirəcək. Görüş “AZAL Arena”da baş tutacaq.
saytlarin hazirlanmasi