AZAL-da yeni simalar
Mövsümün ikinci yarısına hazırlaşan AZAL komandanın gücləndirilməsi yolunda növbəti addımı atıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu 4 futbolçunun keçidini rəsmiləşdirib.
Bunlar son klubu “Araz Naxçıvan” olmuş Azər Məmmədov və Ruslan Nəsirli, son olaraq “Xəzər Lənkəran”da çıxış etmiş Aleksandr Şemonayev və ukraynalı legioner Valeri Kutsenkodur.
Bütün futbolçularla 1,5 illik müqavilə imzalanıb.