Komandamızın bütün rəqibləri müəyyənləşdi
Futzal üzrə Azərbaycan yığmasının AÇ-2016-nın seçmə mərhələsində sonuncu rəqibi bəlli olub.
Sportal.az xəbər verir ki, Azərbaycan, Ukrayna və Belçikaya qoşulan sonuncu komanda Danimarka olub. Bu komanda ilkin mərhələdə 9 mümkün xaldan 7-sini qazanıb.
Qeyd edək ki, seçmə mərhələnin oyunları 17-22 mart aralığında baş tutacaq. Qrupun bütün oyunları Bakıda keçiriləcək.