Hakimlərimiz 5 oyuna təyinat aldılar
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan azərbaycanlı hakimlər bugün 5 oyun idarə edəcəklər.
Sportal.az Peşəkar Futbol Liqasının rəsmi saytınına istinadən xəbər verir ki, FİFA referisi Əliyar Ağayev “Dinamo” (Moskva) – “Ludoqorets” matçını idarə edəcək.
Həmin oyunların siyahısını və təyinatları diqqətinizə çatdırırıq:
20 yanvar
"Dinamo" (Moskva) - "Ludoqorets"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Nahid Hüseynov
"Lokomotiv" (Moskva) - "Borussiya U-23" (Dortmund)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov
"Neftçi" - "Elazığspor"
Hakimlər: Ramil Əhmədov, Rəvan Həmzəzadə, Vüqar Bayramov
Albaniya (U-21) - İran (U-21)
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Kamran Bayramov
"Tobol" - "Split"
Hakimlər: Ramil Diniyev, Əliyev İsgəndər, Rahil Ramazanov