AZAL doğma meydanda qələbə qazandı

17:25 - 22 Yanvar 2015

Yoxlama matçı
 
Təlim-məşq toplanışını ölkəmizdə davam etdirən AZAL və "Bakı" klubları bu gün növbəti yoxlama matçına çıxıb.
 
Sportal.az xəbər verir ki, "AZAL Arena"da baş tutan qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
 
Qeyd edək ki, AZAL bundan öncə "Sumqayıt"la iki yoxlama oyunu keçirib və bunlardan biri 0:0, digəri isə 1:0 hesabıyla "təyyarəçilər"in xeyrinə başa çatıb. "Qaradağ Lökbatan"la da görüş sülhlə bitib - 2:2. "Bakı" isə "Sumqayıt"a 1:5, "İnter"in əvəzedici komandasına 0:2 hesabıyla uduzub.
 

Yoxlama oyunu
22 yanvar

AZAL - "Bakı" - 1:0

Xəbər xətti