"Boluspor"a gəldiyim üçün çox xoşbəxtəm"

19:15 - 22 Yanvar 2015

Futbolçudan açıqlama

 
"Boluspor"a gəldiyim üçün çox xoşbəxtəm. Qarşılıqlı razılaşma yolu ilə müqavilə imzaladıq".  
 
Sportal.az xəbər verirv ki, bu sözləri "Boluspor" klubuna transfer olunan Vaqif Cavadov klubun rəsmi saytına açıqlamasında deyib.  
 
Millimizin hücumçusu açıqlamasında bunları söylətib: 
 
"Həm baş məşqçinin, həm də klub prezidentinin bura gəlməyimdə böyük rolu oldu. Canla-başla mübarizə aparmağa hazıram. Elə buna görə də bu kluba gəlmişəm. İnşallah, uğur qazanarıq".   

Xəbər xətti