Yoxlama matçı
Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" növbəti yoxlama matçını keçirib.
Sportal.az xəbər verir ki, komanda Rumıniyanın "Universitatya" (Krayova) klubu ilə qarşılaşıb. Cənub təmsilçisi bu matçda böyük hesabla uduzub.
Qeyd edək ki, Elbrus Məmmədovun komandası bundan əvvəlki yoxlama oyunlarında Türkiyənin "Təkirdağspor" klubu ilə sülh bağlamış (2:2), Almaniya "Kemnitser"i (0:2) və Ukrayna "Metallurq"una (1:2) məğlub olmuşdu.
"Xəzər Lənkəran" - "Universitatya" - 0:3
saytlarin hazirlanmasi