Hücumçu Premyer Liqaya üz tutdu
"Beşiktaş"ın sabiq hücumçusu Huqo Almeyda karyerasını Rusiyada davam etdirəcək.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Çezena" kubundan ayrıldıqdan sonra klubsuz qalan 30 yaşlı portuqaliyalı futbolçu "Krasnodar"la 2016-cı ilin iyun ayına qədər müqaviləyə imza atıb.
Qeyd edək ki, Almeydanın Kuban təmsilçisində aylıq 200 min avro qazanacağı iddia edilir.
saytlarin hazirlanmasi