Dani "Evian"da
Fransanın “Evian” klubu “Qalatasaray”ın kamerunlu müdafiəçisi Dani Nounkeunu heyətinə qatıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi mövsümün sonuna qədər Liqa-1 təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, Dani cari mövsümün əvvəlində “Qranada”ya icarəyə verilmişdi. Lakin ispan klubunda cəmi bir matçda iştirak edən kamerunlunun müqaviləsi ləğv edilmişdi.
saytlarin hazirlanmasi