Baş məşqçidən açıqlama
"Qəbələ" yaxşı komandadır. Bu görüşdə qələbə qazanmağımız yaxşı oldu".
Sportal.az xəbər verir ki, bu sözləri "Kuban" klubunun baş məşqçisi Leonid Kuçuk "Qəbələ" ilə keçirilən yoxlama oyunundan sonra deyib.
55 yaşlı mütəxəssis komandasının ilk hissədə daha yaxşı oynadığını bildirib: "İlk hissədə komandamın oyunundan razı qaldım. İldırım sürətilə etdiyimiz hücumlar rəqibə səhvi düzəltmək imkanı vermədi. Bir neçə qol vurmaq şansımız da oldu. İkinci hissədə meydanın mərkəzində rəqibə uduzduğumuz üçün oyun bir qədər sönük keçdi. Lakin futbolçularım hər epizodda sonadək oynayaraq rəqibə qapımıza zərbə endirmək şansı vermədi. Gənc futbolçular xarakter nümayiş etdirdilər. Matçın sonlarında yenidən 3 qol vurmaq imkanımız oldu".
Qeyd edək ki, "Kuban" - "Qəbələ" oyunu 2:0 hesabı ilə Rusiya təmsilçisinin xeyrinə başa çatıb.
Mənbə:qol.az
saytlarin hazirlanmasi