Lukas Silva rəsmən "Real"da

11:15 - 24 Yanvar 2015

Madrid təmsilçisində yeni sima
 
Madridin "Real" klubu heyətini gücləndirib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Kruzeyro"da çıxış edən Lukas Silvanın keçidini rəsmiləşdirib. 21 yaşlı müdafiəçi ilə 5.5 illik müqavilə imzalanıb.
 
L.Silvanın yanvarın 26-ı "Santyaqo Bernabeu" stadionunda ictimaiyyətə təqdim ediləcəyi bildirilib.

Xəbər xətti