"Arsenal" Paulistanı rəsmən heyətinə qatdı

12:10 - 25 Yanvar 2015

Müqavilənin müddəti bəlli deyil

 

"Vilyarreal"ın 24 yaşlı müdafiəçisi Qabriel Paulista karyerasını İngiltərədə davam etdirəcək.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Arsenal" Paulistanı rəsmən heyətinə qatsa da, müqavilənin müddəti barədə hələ ki məlumat yoxdur.

 

Qeyd edək ki, razılaşmaya əsasən “Arsenal”ın gənc hücumçusu Joel Kampbel mövsümün sonuna qədər “Vilyareal”da icarə əsasında çıxış edəcək.

Xəbər xətti