AZAL son yoxlama matçını keçirdi

19:40 - 25 Yanvar 2015

I Divizion klubuna qarşı

 

Təlim-məşq toplanışını Bakıda davam etdirən AZAL növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, "təyyarəçilər" rəsmi oyunlar öncəsi son sınaqda I divizion təmsilçisi “Şuşa” ilə qarşılaşıb.

 

“AZAL Arena”da baş tutan görüş heç-heçə yekunlaşıb – 1:1. Matçda hesabı rəqib açsa da, elita təmsilçisi son dəqiqədə bərabərlik qolunu vurub: Kərim Diniyevin cərimə zərbəsindən sonra top heç kimə toxunmayaraq qapıya daxil olub.

 

Qeyd edək ki, AZAL öncəki 4 matçda 2 heçə-heçə (“Qaradağ Lökbatan” – 2:2, “Sumqayıt” – 0:0) və 2 qələbə (“Sumqayıt” – 1:0, “Bakı” – 1:0) əldə etmişdi. Paytaxt klubu bununla demək olar, qış təlim-məşq prosesini başa vurub.

Bu gün istitrahət edən komanda üzvləri bazar ertəsindən sırf XIX turda qarşılaşacağı “Neftçi” ilə görüşə hazırlığa start verəcək.

Xəbər xətti