"Rəvan" - "Şahdağ" 4:1 VİDEO

12:45 - 26 Yanvar 2015

Yoxlama matçı

 

"Rəvan” qış hazırlığı çərçivəsində 3-cü yoxlama oyununu keçirib. 

 

Sportal.az xəbər verir ki, "aslanlar”ın növbəti rəqibi Qusarın "Şahdağ” klubu olub.

 

"Bayıl Arena”da baş tutan görüş Ramil Əliyevin rəhbərlik etdiyi kollektivin inamlı qələbəsi ilə yekunlaşıb – 4:1.

 

"Rəvan” bu oyunla təlim-məşq toplanışının ilk mərhələsini tamamlayıb. "Sarı-qırmızılıar” hazırlığı Salyan şəhərində davam etdirəcək. Yanvarın 27-dən etibarən Salyan Olimpiya İdman Kompleksinə məskunlaşacaq komanda fevralın 8-də paytaxta dönəcək.

 


Rəvan - Şahdağ 4:1
Qollar: Anar Həsənov, 20; Əli Bağırov, 38; Amil Yunanov, 52; Vüsal Qarayev, 83

Xəbər xətti