Rəsmən müqavilə bağladı
Çinin "Quançjou Everqrand" komandasında çıxış edən Alberto Gilardino karyerasını yenidən İtaliyada davam etdirəcək.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı italiyalı futbolçunu "Fiorentina" sezonun sonuna qədər icarə əsasında heyətinə qatıb.
Qeyd edək ki, Gilardino 2008-2012-ci illərdə "Fiorentina"da çıxış etmiş, 143 oyuna 59 qol vurmağı bacarmışdı.