AFFA-nın Hesabat Konfransının vaxtı dəqiqləşdi

11:20 - 27 Yanvar 2015

Bir sıra məsələlər müzakirə olunacaq

 

AFFA-nın növbəti Hesabat Konfransının vaxtı müəyyənləşib.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbir martın 6-da baş tutacaq.

 

“Hilton” otelində keçiriləcək konfrans saat 11:00-da başlayacaq. Artıq tədbirin gündəliyi də açıqlanıb:

 

 

- Prezident tərəfindən salamlama

- Yığıncağın tərkibinin yoxlanılması

- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması

- Maliyyə hesabatının təsdiq olunması

- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq

- Növbəti ilin büdcəsinin təsdiq olunması

- Hər hansı vakant vəzifəyə seçkilər

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması

- Digər məsələlər

Xəbər xətti