"Trabzonspor" Kellstromu transfer etməyə yaxındır

12:20 - 27 Yanvar 2015

Yarımmüdafiəçi Superliqada?

 

Moskva "Spartak"ının təcrübəli yarımmüdafiəçisi Kim Kellstrom karyerasını Türkiyədə davam etdirə bilər.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Trabzonspor" 32 yaşlı isveçli futbolçü üçün il yarımlıq müqavilə hazırlayır və yaxın günlərdə rəsmi təklif ediləcək.

 

Qeyd edək ki, Kellstrom bu mövsüm çıxdığı 16 matçda 2 qol və 2 asistlə yadda qalıb. 

Xəbər xətti