"Borussiya" Şürle üçün mübarizəyə qoşuldu

15:20 - 27 Yanvar 2015

Roys getsə...

 

"Çelsi"nin yarımmüdafiəçisi Andre Şürle karyerasını Almaniyada davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Dortmund "Borussiya"sı Marko Roysun komandanı tərk edəcəyi halda, əvəzləyici kimi Şürleni komandada görmək niyyətindədir.

 

Qeyd edək ki, almaniyalı gənc futbolçu ilə həmçinin "Volfsburq" klubu yaxından maraqlanır. Hətta 30 milyon avro təklif edildiyi də deyilir.

Xəbər xətti