Hücumçu vətənə döndü
"Qəbələ"dən ayrılan Yazalde Pintonun yeni komandassı müəyyənləşib.
Sportal.az xəbər verir ki, portuqaliyalı hücumçu bundan sonra ölkəsinin "Jil Visente" klubunda çıxış edəcək. Müqavilə ilə "Braqa" klubuna məxsus olan futbolçu yeni klubunda icarə əsasında oynayacaq.
Qeyd edək ki, Portuqaliya yüksək liqasında çıxış edən "Jil Visente" klubu 18 turdan sonra turnir cədvəlində 10 xalla sonuncu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi