"Hamburq"un futbolçusu "Beşiktaş"da

18:25 - 27 Yanvar 2015

Tolqay Arslan İstanbul təmsilçisində
 
Türkiyənin “Beşiktaş” klubu heyətini gücləndirməkdə davam edir.
 
Sportal.az "goal.com"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Hamburq”da çıxış edən türkiyəli futbolçu Tolqay Arslanı heyətinə qatıb.
 
"Qara qartal" 24 yaşlı futbolçuya görə almanlara 300 min avro ödəyəcək. Türkiyə mətbuatı “Beşiktaş”ın Tolqay Arslanla 3 il 5 aylıq müqavilə imzalayacağını yazıb. Futbolçu artıq tibbi müayinədən də keçib.
 
Qeyd edək ki, Tolqay “Borussia Dordmund”un yetirməsidir. O, 2009-cu ildə “Hamburq”a transfer olunub. 

Xəbər xətti