Rikardo Koşta PAOK-la müqavilə imzaladı

12:40 - 28 Yanvar 2015

Müdafiəçi Yunanıstanda

 

Portuqaliyalı 33 yaşlı müdafiəçi Rikardo Koşta karyerasını Yunanıstanda davam etdirəcək.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, son komandası Qətərin "Əl-Sailiya" klubun olan Koşta ilə PAOK klubu müqavilə imzalayıb.

 

Qeyd edək ki, portuqaliyalı müdafiəçi "Lill", "Porto", "Volfsburq" və "Valensiya" kimi klublarda forma geyinib.

Xəbər xətti