Çiçarito "Real"ı "Latsio"ya dəyişə bilər

12:25 - 29 Yanvar 2015

Ehtiyatda oturmaq istəmir

 

"Real"da icarə əsasında oynayan "Mançester Yunayted"in meksikalı hücumçusu Xavyer Ernandes (Çiçarito) karyerasını İtaliyada davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun transferində "Latsio" klubu maraqlıdır.

 

Qeyd edək ki, Çiçarito bu mövsüm "Real"ın heyətində 8 matçda forma geyinə bilib və 3 qolla yadda qalıb.

Xəbər xətti