Hücumçu "neradzurra"nın heyətində?
Təcrübəli italiyalı hücumçu Antonio Kassano bu ilin yanvarında "Parma"dan ayrıldıqdan sonra özünə yeni klub axtarır.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu 2012-2013-cü illərdə çıxış etdiyi "İnter"ə geri dönə bilər. Artıq danışıqlar da start götürüb.
Qeyd edək ki, Kassona bu mövsüm çıxdığı 19 matçda 5 qol və 3 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi