"Xəzər Lənkəran" üçün ardıcıl 2-ci, ümumilikdə 6-cı...

11:15 - 30 Yanvar 2015

İlin ilk rəsmi matçı

 

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına “Simurq”la qarşılaşma ilə start verəcək “Xəzər Lənkəran” 2015-ci ildə ilk rəsmi matçına çıxacaq.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 2004-cü ildə yaranan klub bu qarşılaşma ilə özünün 12-ci ilinə başlayacaq. Debüt ilinə avqustda start götürən komanda 11-ci dəfə qışda ilin ilk görüşünə çıxacaq.

 

Ardıcıl 2-ci, ümumilikdə 6-cı dəfə belə oyun səfərdə baş tutacaq. Düzdür, bunlardan biri – 2005-ci ilin ilk rəsmi matçı baş tutmayıb və texniki qələbə ilə tarixə düşüb. Əvvəlki 11 ildən 5-nə qələbə, 4-nə heç-heçəylə başlayan komanda yalnız iki dəfə ilk görüşdə uduzub.

 

 

07.08.2004

Çempionat

"Turan" - "Xəzər Lənkəran"

1:1

18.02.2005

Çempionat

"Şəfa" - "Xəzər Lənkəran"

-:+

12.02.2006

Çempionat

"Xəzər Lənkəran" - "Olimpik"

1:0

16.02.2007

Çempionat

"Neftçi" - "Xəzər Lənkəran"

1:0

19.01.2008

Birlik kuboku

"Xəzər Lənkəran" - "Kaunas" (Litva)

3:0

15.02.2009

Çempionat

"Xəzər Lənkəran" - "Karvan"

0:0

03.02.2010

Çempionat

"Xəzər Lənkəran" - "Standard"

0:0

13.02.2011

Çempionat

"Neftçi" - "Xəzər Lənkəran"

0:0

16.02.2012

Çempionat

"Xəzər Lənkəran" - AZAL

1:0

11.02.2013

Çempionat

"Xəzər Lənkəran" - "İnter"

2:3

01.02.2014

Çempionat

"Qarabağ" -" Xəzər Lənkəran"

0:1

Xəbər xətti