"Roma" "Malaqa"nın 18 yaşlı futbolçusu ilə müqavilə imzaladı

12:00 - 30 Yanvar 2015

Yarımmüdafiəçi A Seriyada

 

"Malaqa"nın 18 yaşlı yarımmüdafiəçisi Xose Maçin Dikombo karyerasını İtaliyada davam etdirəcək.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Dikombo "canavarlar"la 4 illik müqaviləyə imza atıb.

 

Qeyd edək ki, gənc futbolçu artıq "Roma" ilə məşqlərə də başlayıb.

Xəbər xətti