Müdafiəçi Bundesliqanı Yunanıstana dəyişdi
"Şalke"nin 28 yaşlı mərkəz müdafiəçisi Felipe Santana karyerasını Yunanıstanda davam etdirəcək.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, braziliyalı futbolçu artıq Afinaya yola düşüb və tibbi müayinədən keçib yaxın günlərdə rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, Santana bu mövsüm "Şalke"nin heyətində 4 matçda forma geyinə bilib.
saytlarin hazirlanmasi