"Canavarlar" Dumbiya üçün 15 milyon avro ödəyəcək

11:45 - 31 Yanvar 2015

Hücumçu A Seriyada

 

ÇSKA-nın forvardı Seidu Dumbiya karyerasını İtaliyada davam etdirəcək.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Roma" Dumbiya üçün 15 milyon avro təklif göndərib və tərəflər bütün məsələlərdə razılığa gəliblər.

 

Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, 27 yaşlı hücumçu icarə əsasında "Roma"da çıxış edəcək.

Xəbər xətti