"Cenoa" "İnter"in bir, "Sassuolo"nun isə iki oyunçusunu icarəyə götürdü

13:00 - 31 Yanvar 2015

Müdafiəçi, yarımmüdafiəçi və hücumçu..

 

"Cenoa" 3 futbolçu ilə heyətini gücləndirib.

 

Sportal.az xarici KİV-lərə istnadən xəbər verir ki, "İnter"in yarımmüdafiəçisi Dieqo Laksalt, "Sassuolo"nun müdafiəçisi Lorenso Aryodo və hücumçusu Leonardo Pavoletti karyeralarını "Cenoa"da davam etdirəcək.

 

Qeyd edək ki, Laksaltla il yarım müqavilə imzalansa da, qalan iki futbolçu ilə sezonun sonuna qədər razılığa gəlinib.

Xəbər xətti