Komanda bir gün istirahət edəcək
Premyer Liqanın XIX turu çərçivəsində, fevralın 1-də səfərdə “Simurq”la qarşılaşan “Xəzər Lənkəran” sərbəst buraxılıb.
Sportal.az xəbər verir ki, komanda bir gün fevralın 2-də istirahət edəcək. Fevralın 3-də isə komanda tam heyətlə Lənkəranda bir araya gələrək hazırlıqlara başlayacaq. Qeyd edək ki, “Xəzər Lənkəran” Premyer Liqanın XX turunda doğma şəhərdə paytaxtın “İnter” klubunu qəbul edəcək. “Bankirlər”lə oyun fevralın 7-də “Fırtınalar meydanı”nda keçiriləcək.
12cioyuncu.info
saytlarin hazirlanmasi