"Rəvan" növbəti qələbəsini qazandı

11:33 - 2 Fevral 2015

MOİK məğlub oldu
 
I divizionun II dövrəsinə hazırlaşan "Rəvan" daha bir yoхlama oyunu keçirib.
 
Sportal.az хəbər verir ki, Salyanda hazırlıq keçən Bakı klubu MOİK-lə qarşılaşıb.
 
Oyun "Rəvan"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 7-ci dəqiqədə Amil Yunanov, 56-cı dəqiqədə Əli Bağırov fərqlənib.
 
Qeyd edək ki, "Rəvan" bundan əvvəl 4 oyun keçirib. "Ağsu" ilə iki oyun keçirən (6:4, 1:2) Bakı klubu "Qaradağ Lökbatan" və "Şahdağ"la (4:1) qarşılaşıb.

Xəbər xətti