"Milan"dan daha bir transfer

15:05 - 2 Fevral 2015

Bokkettidən sonra...

 

"Parma"nın 28 yaşlı müdafiəçisi Qabriel Paletta karyerasını "Milan"da davam etdirəcək.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Paletta artıq tibbi müayinədən keçib və rəsmi müqaviləyə imza atacaq.

 

Qeyd edək ki, daha əvvəl "Milan" Moskva "Spartak"ının müdafiəçisi Salvatore Bokkettini icarəyə götürüb.

Xəbər xətti